Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv
“Milli Məclisin İntizam Komissiyasının Əsasnaməsi” hazırlandı

“Milli Məclisin İntizam Komissiyasının Əsasnaməsi” hazırlandı

Bu gün, 15:28
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Qarabağ qazisinə vəzifə verildi

Qarabağ qazisinə vəzifə verildi

Bu gün, 15:26
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
AŞPA-nın Qarabağ qətnaməsi: hədəf, məqsəd... -

AŞPA-nın Qarabağ qətnaməsi: hədəf, məqsəd... -

Dünən, 17:58
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Paşayeva hesabat verdi: deputatlar müzakirə apardı

Paşayeva hesabat verdi: deputatlar müzakirə apardı

Dünən, 17:57
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur

Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur

Dünən, 15:45
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxundu, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqətə çatdırdı. Bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib. Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd etdi, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışdı, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğuladı. Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirdi, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd etdi. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, - deyən Birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söylədi. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu dedi. Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirdi, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxundu. Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğuladı. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirdi.
Oxşar xəbərlər
  • Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin t ...
  • Mehriban Əliyeva Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ...
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Jan Fransua Manselin rəhbərlik ...
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının üzvləri ilə g ...
  • Mehriban Əliyeva Fransua Olland ilə görüşüb
authorOxunub - 219 authorTarix- 27-04-2018, 20:04
Unutma!!!
Təqvim
    «    Yanvar 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə