Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv
rezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri

rezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri

Bu gün, 05:32
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert

Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert

Bu gün, 05:27
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Dünən, 16:47
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək

Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək

Dünən, 16:28
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycanda təbii qaz hasilatı artıb

Azərbaycanda təbii qaz hasilatı artıb

Dünən, 16:24
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili və xarici siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, sıx birliyinin və ədalətin təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızın – ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.

Sizin Ali Baş Komandan kimi yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində rəşadətli Ordumuz Azərbaycanın əzəli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.

Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.

Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.

Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.

Bu Qələbə bizə igid döyüşçülərimizin, Qarabağ torpağında sülh naminə, ədalətin təntənəsi naminə canlarından keçmiş şəhidlərin qanı bahasına başa gəlib. Bununla əlaqədar, həlak olanların ailələrinə səmimi-qəlbdən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.

Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin və Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda görüləsi işlər çoxdur. Biz - Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan və diqqətlə izləyirik, Rusiyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.

Qələbə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, firavanlıq və tərəqqi arzu edirik.

Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!".
Oxşar xəbərlər
  • Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təb ...
  • Seyran Mirzəzadədən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb
  • Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşd ...
  • Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiy ...
  • Azərbaycan prezidenti İspaniya kralını təbrik edib
authorOxunub - 18 authorTarix- 2-12-2020, 16:22
Unutma!!!
Təqvim
    «    Yanvar 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə