Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv

"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb

Bu gün, 06:13
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bu gün, 06:09
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

Dünən, 15:33
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
AzTV daha bir layihəyə start verir

AzTV daha bir layihəyə start verir

Dünən, 15:28
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev

Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev

Dünən, 15:18
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


Paşayeva hesabat verdi: deputatlar müzakirə apardı

Paşayeva hesabat verdi: deputatlar müzakirə apardı

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

İclası açan komitə sədri Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir.

Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, millət vəkillərinin ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə, vaxtilə Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş və iştirakı ilə məhv edilmiş mədəniyyət abidələrimiz, maddi-mənəvi irsimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı millət vəkilləri tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESKO-ya müraciətlər ünvanlanıb.

Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.

Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət Komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi və digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Qənirə Paşayeva bildirib ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm tədbirlər görülür. Komitə sədri bu tədbirlərin, müvafiq layihələrin icrası ilə bağlı Mədəniyyət Komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Sonra komitənin iş planı təsdiqlənib.

Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox önəmli olacağı vurğulanıb.

Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər.

Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fazil Mustafa, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Oxşar xəbərlər
  • Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
  • Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
  • Deputatlar bu gün 9 məsələni müzakirə edir
  • Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
  • Azərbaycan mədəniyyətinin inkişafında növbəti addım
authorOxunub - 20 authorTarix- 26-01-2021, 17:57
Unutma!!!
Təqvim
    «    Mart 2021    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə