Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv
KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

Dünən, 16:14
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb

KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb

Dünən, 16:13
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

Dünən, 16:07
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Dünən, 15:44
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Baş nazir Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Dünən, 15:32
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın “Qarabağın irsi” adlı fərdi rəsm sərgisi açılıb

Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın “Qarabağın irsi” adlı fərdi rəsm sərgisi açılıb

İstanbulun Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin Azərbaycan xalqının tarixi qələbəsinə həsr olunmuş “Qarabağın irsi” adlı fərdi rəsm sərgisi açılıb.

Sərginin açılış mərasiminə Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz və Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Mərasimdə çıxış edən nazir müavini “Əsərlərdəki rəng zənginliyi və rəssamımızın işıqdan istifadə tərzi orada çiçəklənən ümidi və güclü bir mədəniyyətin ölməzliyini bizə hiss etdirir. Bu sərgidəki rəsmlər Qarabağda çiçəklənən ümidi göstərir. Biz birik, bir yerdəyik, hər zaman Azərbaycanın yanındayıq. Bü günə qədər olduğu kimi bundan sonra da iki ölkə arasında mədəni fəaliyyətlərimizi daha da artırmaq əzmindəyik. Bu sərginin bütün azərbaycanlı sənətçilərə ilham mənbəyi olmasını diləyirəm”, - deyib.

Abbasbəylinin bütün kolleksiyasının ilk dəfə İstanbulda sərgilənməsindən məmnun olduğunu bildirən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva isə "Bu rəsmlər Azərbaycan və Qarabağ üçün çox vacib simvollardır. Bildiyiniz kimi Qarabağ və Şuşa bizim baş tacımızdır, mədəniyyətimizin beşidiyidir. Şuşanı geri almağımız bizim üçün böyük qələbədir. Bu sərgi qələbəmizə həsr olunub. Nigar Helmi Abbasbəylinin zəfərimizə həsr etdiyi bu sərgi bizim üçün çox qiymətlidir. Qarabağ torpağı yenidən canlanacaq və görəcəksiniz ki, bu ən gözəl və inkişaf etmiş bölgələrdən biri olacaq. Türkiyə bu prosesdə hər zaman bizim yanımızda olub. Fürsətdən istifadə edərək buradan cənab Rəcəb Tayyib Ərdoğana təşəkkürlərimizi bildiririk”, - deyə qeyd edib.
Oxşar xəbərlər
  • İrana Qarabağın müsəlman yox, erməni-xristian irsi daha maraqlıdır?
  • Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində "Həyatı bizimlə sevin" adlı rəsm ...
  • İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi aç ...
  • Ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
  • İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb
authorOxunub - 11 authorTarix- 13-05-2022, 17:23
Unutma!!!
Təqvim
    «    May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə