Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv
KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

Dünən, 16:14
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb

KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb

Dünən, 16:13
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

Dünən, 16:07
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Dünən, 15:44
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Baş nazir Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Dünən, 15:32
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr olub

Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr olub

11 may 2022-ci il tarixində Uruqvayın paytaxtı Montivideo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
  • Azərbaycan və Paraqvay XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
  • Azərbaycan və Bəhreyn Krallığı arasında siyasi məsləhətləşmələrin ikinci ra ...
  • Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşməl ...
  • Azərbaycan və Pakistan XİN arasında növbəti siyasi məsləhətləşmələr olub
  • Prezident İlham Əliyev Uruqvayın xarici işlər nazirini qəbul edib
authorOxunub - 16 authorTarix- 13-05-2022, 17:59
Unutma!!!
Təqvim
    «    May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə