Yükləmə gedir gözləyin...
Xəbərlər Siyasət Sosial İqtisadiyyat Mədəniyyət İdman Cəmiyyət Köşə Hadisə Dünya Müsahibə Tədbirlər Azpress Tv
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Bu gün, 07:23
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb

Bu gün, 05:27
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
“Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib” - Vilayət Eyvazov

“Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib” - Vilayət Eyvazov

Dünən, 15:26
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir

Dünən, 13:41
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]
Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

Dünən, 13:19
[xfgiven_platform][xfvalue_platform][/xfgiven_platform]


““Göyçay tarixi” kitabı ölkə tarixi ilə maraqlanan hər kəs üçün əhəmiyyətli olacaq” - Elxan Süleymanov

““Göyçay tarixi” kitabı ölkə tarixi ilə maraqlanan hər kəs üçün əhəmiyyətli olacaq” - Elxan Süleymanov

“AVCİYA-nın Şuşa ili ilə bağlı dörd layihəsi də bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti layihəsi olan “Göyçay tarixi” kitabını təqdim edilib. AVCİYA prezidenti Elxan Süleymanov bununla bağlı məqalə yazıb.

Onun məqaləsini təqdim edir:

- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) fəaliyyət dövründə ölkəmiz üçün aktuallıq kəsb edən problemlər üzrə müxtəlif istiqamətlərdə layihələr həyata keçirmiş, araşdırmalar aparmış və beynəlxalq ekspertlərin iştirakı ilə ölkə daxilində və xarici ölkələrdə çoxsaylı konfranslar təşkil etmişdir.

Əlbəttə, Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutmuşdur. AVCİYA-nın bu qəbildən olan işləri sırasında üç dildə nəşr edilmiş “Xocalı soyqırımı: milyon imza - bir tələb” kitabını, AŞPA-da 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamənin qəbul edilməsilə nəticələnmiş irimiqyaslı “Sərsəng harayı” layihəsini, yeddi dildə müxtəlif ölkələrdə (Azərbaycan, ABŞ, Rusiya, Belçika, Ukrayna və d.) çap olunmuş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” (2012), dörd dildə “Sərsəng SOS: Təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” (2014), “Sərsəng harayı” (2017), “Xocalı yaddaşı” (2017), “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” (2019) və s. kitabları göstərmək olar.

AVCİYA Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da bu istiqamətdə fəaliyyətini davam etdirir, Zəfər müharibəsinin müxtəlif aspektləri ilə bağlı layihələr həyata keçirməyə davam edir. Bu qəbildən 2021-ci ildə nəşr edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” albom-kitabını göstərmək olar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə bağlı AVCİYA bir sıra layihələr həyata keçirməkdədir. AVCİYA-nın Şuşa ili ilə bağlı dörd layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Ölkəmizin ayrı-ayrı regionlarının tarixinin araşdırılması, həmin regionların ensiklopediyasının hazırlanaraq nəşr edilməsi, müxtəlif hərbi-siyasi məsələlərin tədqiqi AVCİYA-nın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu kontekstdən qeyd edilməlidir ki, indiyədək AVCİYA “Şamaxı ensiklopediyası” (2015) kimi fundamental tədqiqatı çap edərək oxucular auditoriyasına təqdim edib. Bununla yanaşı, qədim Şamaxı bölgəsi ilə bağlı 2 dildə “Şamaxı soyqırımı 1918” (2014), “Şamaxı qırmızı terrorun hədəfində” (2015) adlı tədqiqat əsərləri kitab şəklində çap edilib.

Bir neçə ildir ki, AVCİYA kollektivi Azərbaycanın digər inzibati bölgəsi olan qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini ölkə ictimaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə çatdırıb.

AVCİYA bu günlərdə “Göyçay ensiklopediyası” silsiləsindən növbəti əsəri olan və Göyçayın tarixinin tədqiqinə həsr edilmiş “Göyçay tarixi” (2022) adlı kitabını Azərbaycan ictimaiyyətinin diqqətinə təqdim edib.
Oxşar xəbərlər
  • Prezident İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərən ...
  • Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Xocalı faciəsi anıldı
  • Göyçayda Xocalı soyqırımı anıldı -VIDEO
  • Elxan Süleymanov: “Sərsəng su anbarı Azərbaycana qarşı çox təhlükəli bir si ...
  • "Xocalı faciəsi" yeni nəşr İsrail, Almaniya, Fransa və Türkiyə göndəri ...
authorOxunub - 15 authorTarix- 23-06-2022, 10:35
Unutma!!!
Təqvim
    «    İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
Valyuta
 Valyuta məzənnəsi
Hava haqqında


Haqqımızda Əlaqə